Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

Daxili siyasət
  • 06 noyabr, 2018
  • 08:10
Binəqədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifəsindən azad edilib

Bakı. 6 noyabr. REPORT.AZ/ Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov olub.

44 filmi