Bakı. 1 oktyabr. REPORT.AZ/ Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. "Report"un məlumatına görə, III dərəcəli dövlət qulluqçusu Elman Mirzağa oğlu Dadaşov RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir təyin edilib.
Elman Dadaşov bu gündən vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Nuridə Allahyarova çalışıb. O, keçən ay işdən çıxıb.