Yuxarı

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub

Elman Dadaşov şöbə müdiri təyin edilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub. "Report"un məlumatına görə, III dərəcəli dövlət qulluqçusu Elman Mirzağa oğlu Dadaşov RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinə müdir təyin edilib.

Elman Dadaşov bu gündən vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə Nuridə Allahyarova çalışıb. O, keçən ay işdən çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi