Baş nazirin müavini: Hökumət əmək münasibətlərinin tənzimlənməsində həmkarlarla davamlı tərəfdaşlıq edir

Daxili siyasət
  • 16 dekabr, 2025
  • 11:35
Baş nazirin müavini: Hökumət əmək münasibətlərinin tənzimlənməsində həmkarlarla davamlı tərəfdaşlıq edir
Şahin Mustafayev

Prezident İlham Əliyev tərəfindən aparılan islahatların mərkəzində insan amili dayanır.

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında çıxışı zamanı deyib.

"Minimim əmək haqqının artırılması, əmək münasibətlərinin təkmilləşdirilməsi sosial vəziyyətin gücləndirilməsinə xidmət edir", - o əlavə edib.

Baş nazir müavini qeyd edib ki, bu baxımdan həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti önə çıxır:

"Nazirlər Kabineti əmək münasibətlərin tənzimlənməsi, sosial ədalət prinsiplərinin qorunmasında həmkarlar ittifaqları ilə davamlı tərəfdaşlıq edir".

Ş.Mustafayev deyib ki, yeni dövr həm də yeni çağışlar deməkdir:

"Əmək münasibətləri artıq yeni yanaşmalar tələb edir. AHİK bu çağırışlara çevik reaksiya verir, hökumət isə bu yöndə əməkdaşləğın dərinləşməsinə önəm verir".

Son xəbərlər

Bütün Xəbər Lenti