Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub

Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşki
Daxili siyasət
27 Sentyabr , 2021 13:33
Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulub
0 : 00
0 : 00

Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.

"Report" xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin təməlqoyma mərasimində iştirak ediblər.

Dövlət başçısı və birinci xanım Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.

Təməlqoyma mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Son xəbərlər

Orphus sistemi