VI Mədəniyyətlərarası Dialoq Forumunum iştirakçıları işğaldan azad edilmiş Ağdama səfər ediblər, dağıdılmış mədəniyyət abidələri və Vətən müharibəsindən sonra həyata keçirilən quruculuq işləri ilə tanış olublar.
"Report" xəbər verir ki, əcnəbi qonaqlar Ağdam Cümə məscidinə, Dram teatrının dağıdılmış binasına və İmarət kompleksinə baş çəkiblər.
Gəzinti zamanı forum iştirakçılarına "ağıllı şəhər" layihəsi əsasında qurulan Ağdamda həyata keçiriləcək yenidənqurma işləri, yaradılacaq Zəfər muzeyi, açıq hava altında İşğal muzeyi və Memorial bağ barədə məlumat verilib. Qonaqlara 30 illik işğal dövründə ermənilərin burada törətdiyi vandalizm aktları, məscidlərin və dini abidələrin təhqir olunması ilə bağlı görüntülər təqdim edilib.
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Ağdam Cümə məscidini və Ağdam Dram Teatrının dağıdılmış binasını ziyarət ediblər.
"Report" xəbər verir ki, tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar.
İşğal dövründə, yəni 2000-ci il mayın 9-da Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə təqdim edilmiş və hazırda məsciddə eksponat kimi nümayiş edilən Ağdam Cümə məscidinə aid daş parçası əcnəbi qonaqların marağına səbəb olub.