Azərbaycanda seçici siyahıları yenidən tərtib edilib

Azərbaycanda seçici siyahıları yenidən tərtib edilib Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.
Daxili siyasət
27 May , 2022 20:28
Azərbaycanda seçici siyahıları yenidən tərtib edilib

Mərkəzi Seçki Komissiyası Azərbaycanda 2022-ci ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, dəqiqləşdirilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərarda deyilir:

Azərbaycan Respublikasında 2022-ci ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin;

Tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə təsdiq edilməsi işinin təşkili müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;

Seçici sayı Seçki Məcəlləsi ilə müəyyən edilmiş saydan çox olan seçki məntəqələri ərazisində təxirə salınmadan əlavə seçki məntəqələri yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin;

Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısı dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiq edildikdən sonra Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilməklə ictimailəşdirilsin;

Qərarın icrası Mərkəzi Seçki Komissiyasının Katibliyinə və müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

Son xəbərlər

Orphus sistemi