Azərbaycanda 2 milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

Azərbaycanda 2 milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB Dövlət başçısı mərasimdə nitq söyləyib
Daxili siyasət
8 Noyabr , 2017 11:54
Azərbaycanda 2 milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB

Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət başçısı mərasimdə nitq söyləyib.

"Report" xəbər verir ki, sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “28 May” Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı özülünün rəisi Qədim Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Bakı Ali Neft Məktəbinin birinci kurs tələbəsi Mahirə Əsədova, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub. Dövlət başçısı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib.

Sonda Azərbaycanın neft sənayesinin tarixinə həsr edilən videoçarx nümayiş olunub.


*** 10:11

Bakı. 8 noyabr. REPORT.AZ/ Hazırda Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasilatı münasibətilə təntənəli mərasim keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Son xəbərlər

Orphus sistemi