Azərbaycan Prezidenti "Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər barədə fərman imzalayıb

Azərbaycan Prezidenti "Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər barədə fərman imzalayıb "Xitam və bərpa” sözləri “bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma” sözləri ilə əvəzlənib
Daxili siyasət
21 May , 2016 05:40
Azərbaycan Prezidenti Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər barədə fərman imzalayıb

Bakı. 21 May. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1340-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.18-ci bənddə “xitam və bərpa” sözləri “bərpa və Azərbaycan Respublikasının vətəndaşlığından çıxma” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 9.18-2-ci bənd əlavə edilsin:

“9.18-2. şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını itirməsi ilə bağlı məsələyə baxılması üçün məhkəməyə müraciət etmək;”.

Son xəbərlər

Orphus sistemi