Ölkənin Aran zonasında yerləşən rayonlarda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər keçirilib.
“Report”un Aran bürosunun məlumatına görə, Salyan, Saatlı, Sabirabad, Hacıqabul, Neftçala rayonları və Şirvan şəhərində rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrdə çalışanlar, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı şəhid məzarlarının önünə gül dəstələri qoyulub, dualar oxunub, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna ehtiram ifadə edilib.
Həmin rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.