Anfimov: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Anfimov: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər yüksək səviyyədə təşkil olunub.
Daxili siyasət
1 Sentyabr , 2024 16:39
Anfimov: Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər yüksək səviyyədə təşkil olunub.

"Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu MDB-dən olan müşahidəçilər missiyasının rəhbəri Leonid Anfimov bir sıra seçki məntəqələrinə baş çəkdikdən sonra deyib.

“Uzunmüddətli müşahidəçilərin məlumatlarını əsas götürərək, eləcə də ötən gün və səsvermə günü gördüklərimi nəzərə alaraq qeyd edirəm ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə təşkil olunub”, - o bildirib.

L.Anfimovun sözlərinə görə, MDB-dən olan müşahidəçilər tərəfindən heç bir məntəqədə ciddi pozuntular aşkar edilməyib, bu isə seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun olduğunu göstərir.

“Biz öz həmkarlarımızla, yerli müşahidəçilərlə mütləq qaydada əlaqədəyik. Onların səsvermə prosesi ilə bağlı fikirləri, o cümlədən seçki kampaniyası ilə bağlı irad və ya onun təkmilləşdirilməsinə dair təkliflərinin olub-olmaması maraqlıdır. Onu da deyim ki, heç kimdən şikayət eşitməmişəm, hamı seçki prosesinin daxili qanunvericiliyə və beynəlxalq normalara uyğun olduğunu söyləyir", - o qeyd edib.

Missiya rəhbəri hesab edir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası beynəlxalq və yerli müşahidəçilərin öz missiyalarını yerinə yetirmələri üçün hər cür şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi