ANAMA işçilərinin sayı 1 400-ə çatdırılıb

ANAMA işçilərinin sayı 1 400-ə çatdırılıb “300 nəfər şəxsi heyətlə başlayan ANAMA-nın artıq 1400 işçisi var”.
Daxili siyasət
28 Noyabr , 2023 10:44
ANAMA işçilərinin sayı 1 400-ə çatdırılıb

“300 nəfər şəxsi heyətlə başlayan ANAMA-nın artıq 1 400 işçisi var”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.

O qeyd edib ki, mina bizim üçün başlıca problemdir:

“Məcburi köçkünlərin ərazilərinə qayıtmasına böyük əngəldir. Ancaq Azərbaycan hökuməti ərazilərin minalardan təmizlənməsini özünə prioritet götürüb. Minatəmizləmə fəaliyyəti quruculu-bərpa işlərinə birbaşa təsir edən amildir. Ərazidə minatəmizləyənlər üçün də təhlükəsizlik üçün vacib məsələdir".

R.Məmmədov vurğulayıb ki, ANAMA-ya kifayət qədər böyük investisiyalar qoyulub:

“Biz Agentliyin potensialı 20 dəfə artırmışıq. 300 nəfər şəxsi heyətlə başlayan qurumun artıq 1400 işçisi var. Gələn il də işçilərin sayının artırılması gözlənilir. Müdafiə Nazirliyi, Sərhəd qoşunları da minatəmizləmə ilə bağlı təlimatlandırılıb”.

Son xəbərlər

Orphus sistemi