Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib

Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib "Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1 307 nəfərə Amnistiya Aktı tətbiq edilib".
Daxili siyasət
505
3 Dekabr , 2021 13:50
Amnistiya Aktı Vətən müharibəsinin 2 iştirakçısına şamil edilib

"Noyabrın 5-dən dekabrın 3-dək Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilən 1 307 nəfərə Amnistiya Aktı tətbiq olunub".

"Report"un xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov deyib.

O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1 158, məhkəməyə verilən 1 414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında Amnistiya Aktı tətbiq edilib: "Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır".

"Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlət cəzasından azad edilən məhkumlardır. Bundan başqa, azadlığın məhdudlşadırılması cəzasına məhkum edilən şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılmış, 15 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb" - o vurğulayıb.

Qeyd edək ki, 5 noyabr tarixində qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Son xəbərlər

Orphus sistemi