Ukrayna Ali Radasının deputatları Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin monitorinqi çərçivəsində 10 məntəqədə müşahidə aparıblar.
"Report" xəbər verir ki, bunu Ali Radanın deputatı Volodimir Kreydenko deyib.
“Bu, Azərbaycanda müşahidə etdiyim ilk seçki deyil və onların hamısı azad şəkildə, heç bir təzyiq olmadan təşkil olunub. Bu gün mən və həmkarlarım Bakıda on seçki məntəqəsində olmuşuq. Bütün seçki məntəqələrində vətəndaşlar azad şəkildə öz namizədlərinə səs vermək imkanına malik olublar”, - o bildirib.
Deputatın sözlərinə görə, müşahidəçi üçün ən önəmlisi demokratiya və beynəlxalq hüquqa sadiqlikdir.
V.Kreydenko, həmçinin vurğulayıb ki, Azərbaycanın Ukraynaya yardımını yüksək qiymətləndirir.
“Ümidvaram ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq yeni səviyyəyə yüksələcək”, - o əlavə edib.