Ağstafada bərpa olunan avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB

Ağstafada bərpa olunan avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Daxili siyasət
4 Mart , 2020 21:13
Ağstafada bərpa olunan avtomobil yolu istifadəyə verilib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Bildirilib ki, uzunluğu 9,3 kilometr olan yol 4-cü, 5-ci texniki dərəcəlidir, hərəkət hissəsinin eni 5-6 metr, hərəkət zolaqlarının sayı isə 2-dir. Dövlət başçısının ötən ilin mayında imzaladığı Sərəncama əsasən yenidən qurulan bu yol 19 min nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirir. Avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Ağstafa rayonunun Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunun tikintisi layihəsi barədə də məlumat verilib. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 10 kilometrdir. Dövlət başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən bu yolun əsaslı təmiri həmin ərazidə yaşayan sakinlərin rayon mərkəzi ilə gediş-gəlişini asanlaşdıracaq, yük və sərnişin daşınmasına töhfə verəcək.

Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələrdən biri də Ağstafa-Yenigün-Xətai-Poylu-Xılxına avtomobil yolunun tikintisidir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.


***10:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi