Ağdam sakini: Söz vermişdim ki, Sarıcalıya birdəfəlik qayıdacağam

Ağdam sakini: Söz vermişdim ki, Sarıcalıya birdəfəlik qayıdacağam Sarıcallıda məskunlaşmışdım, orada ailə həyatı qurmuşdum. Musiqiçiyəm, bir sıra tanınmış müğənnilərlə toy mərasimlərinə gedirdik.
Daxili siyasət
10 aprel 2025 07:31
Ağdam sakini: Söz vermişdim ki, Sarıcalıya birdəfəlik qayıdacağam

Sarıcalıda ailə həyatı qurmuşdum, orada məskunlaşmışdım. Musiqiçiyəm, bir sıra tanınmış müğənnilərlə toy mərasimlərinə gedirdik.

“Report” xəbər verir ki, bunları Ağdam rayonunun Sarıcalı kəndinə qayıdan keçmiş məcburi köçkün Fikrət Bağırov jurnalistlərlə söhbətində deyib.

“Müharibə başladı. Ermənilər kəndimizi atəşə tutmağa başladılar. Qohumlarımın bir neçəsi xəsarət aldı, biri öldü”, - F.Bağırov bildirib.

O, çox çətinliklər çəkdiklərini xatırlayıb: “Sarıcalını tərk etməyə məcbur olduq. İndi sevincliyəm. Sarıcalıya həyat yoldaşım və oğlumla qayıdıram. Sevincimin həddi-hüdudu yoxdur. Allah Prezidentimizə uzun ömür bəxş etsin, qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra yurduma getməmişdim. Çünki özümə söz vermişdim ki, ora birdəfəlik gedəcəyəm və bir də geri qayıtmayacağam”.

Qeyd edək ki, Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Kəndə daha 39 ailə (153 nəfər) yola düşüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalıya köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatacaq.

Orphus sistemi