Ağdaban kəndinin sakinləri Aşıq Şəmşirin məzarını ziyarət ediblər

Daxili siyasət
  • 07 aprel, 2022
  • 13:25
Ağdaban kəndinin sakinləri Aşıq Şəmşirin məzarını ziyarət ediblər

Kəlbəcər rayonunun Ağdaban kəndinin bir qrup sakini Aşıq Şəmşirin məzarını ziyarət ediblər.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşının məlumatına görə, onlar kənd ərazisində dəfn edilən Aşıq Şəmşirin dağıdılmış məzarına baxıblar.

Səfər iştirakçıları həmçinin Aşıq Şəmşirin oğlu və qızının məzarlarını da ziyarət ediblər.