Bakı. 29 sentyabr. REPORT.AZ/ “Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə tərəflər danışıqları davam etdirmək qərarına gəldilər. Baxmayaraq ki, bundan əvvəl Ermənistan danışıqlarda özünün yaratdığı qondarma rejimin iştirakını tələb edirdi, ancaq Azərbaycanın prinsipial mövqeyi danışaqları əvvəlki formatda davam etdirməyə imkan verdi”.
Bunu “Report”a hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
“Azərbaycanın öz ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcəyi Ermənistana və bütün dünyaya bəyan oldu”, - deputat vurğulayıb.
Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə
“Azərbaycan beynəlxalq hüquq normalarına və milli maraqlara zidd olan addımlara heç vaxt razı olmayacaq. Həmçinin Prezidentin nüfuzu, MDB-də onun fəaliyyətinin təqdir olunması istər-istəməz Ermənistanın mövqeyinə təsir edir”.
Aydın MirzəzadəMilli Məclisin deputatı Aydın Mirzəzadə