Türkiyənin Baş prokuroru: "İşğalçı Ermənistanı lənətləyirəm"

Türkiyənin Baş prokuroru: "İşğalçı Ermənistanı lənətləyirəm" O, Kamran Əliyevə göndərdiyi ismarışında Ermənistan tərəfdən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsindən üzüldüyünü vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi
4289
28 Sentyabr , 2020 16:44
Türkiyənin Baş prokuroru: İşğalçı Ermənistanı lənətləyirəm
Bekir Şahin

“İşğalçı Ermənistanın din və qan qardaşlarımız, bir millət iki dövlət olan can Azərbaycana yönəlmiş terrorçu hücumlarını dünən də, bu gün də və sabah da lənətləyirəm”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Ali Məhkəməsinin prokuroru Bekir Şahin Azərbaycanın Baş prokuroru Kamran Əliyevə Ermənistanın hücumu ilə bağlı göndərdiyi ismarışında bildirib.

O, Kamran Əliyevə göndərdiyi ismarışında Ermənistan tərəfdən Azərbaycanın mülki vətəndaşlarına hücum etməsindən üzüldüyünü vurğulayıb. Bekir Şahin şəhidlərə rəhmət, yaralılara Allahdan şəfa diləyib.

Son xəbərlər

Orphus sistemi