Yuxarı

Tural Gəncəliyev: "Ermənistan tərəfinin keçirdiyi forum təxribat xarakterlidir"

​Tural Gəncəliyev: "Ermənistan tərəfinin keçirdiyi forum təxribat xara
© Report / Elchin Murad — Tural Gəncəliyev

"Ermənistan tərəfi "Ədalət və sülh naminə" adlı təxribat xarakterli forum keçirməklə bir daha işğal olunmuş ərazilərdə öz qanunsuz işğalının nəticələrini legitimləşdirməyə cəhd edir".

"Report" xəbər verir ki, bunu "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində cinayətkar ünsürlər tərəfindən yeni bir təxribat xarakterli tədbir keçirilməsi üçün cəhdlər göstərilir: "Həmin forumun adı bizim üçün gülüş doğurur. Çünki burada hansı ədalətdən və sülhdən söhbət gedə bilər ki, etnik təmizləməyə məruz qoyduğu azərbaycanlı əhalinin iştirakı olmadan, öz torpaqlarımıza geri dönmədən belə bir forum keçirirlər. Yaxşı olardı ki, işğalçı rejim və onların havadarları ədalətdən yox, ədalətsizlikdən, sülhdən yox, sülhə vurduğu zərərdən danışardılar. Çünki bu daha səmimi olardı".

"Ona görə biz bir daha bəyan edirik ki, etnik təmizləməyə məruz qalmış Azərbaycan əhalisi torpaqlarına geri dönmədən, torpaqlarımız geri qaytarılmadan bu kimi təxribat xarakterli tədbirlərin keçirilməsinin heç bir hüquqi əsası yoxdur və olmayacaq", - T.Gəncəliyev bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi