Qaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB Video əlavə edilib.
Qarabağ
26 Fevral , 2019 17:32
Qaxda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə edilib.


*** 14:58

Qax. 26 fevral. REPORTAZ/ Qax rayonunda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, məcburi köçkün və şəhid ailələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının məzarları üzərinə gül-çiçək dəstələri düzüb, xatirələrini ehtiramla yad ediblər. Daha sonra Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb.

Çıxışlarda Azərbaycanın Xocalı şəhərində 27 il əvvəl dinc sakinlərə qarşı soyqırım törədilməsinin, uşaqlı-böyüklü yüzlərlə insanın azərbaycanlı olduğuna görə vəhşicəsinə qətl edilməsinin təkcə azərbaycanlıların deyil, bəşəriyyətin faciəsi olduğu, bu baxımdan, faciənin bütün dünyada tanınmasının hər bir vətəndaşın borcu olduğu diqqətə çatdırılıb. 

Sonda Xocalı faciəsi ilə sənədli film nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi