Polşa vətəndaşının adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb

Polşa vətəndaşının adı "arzuolunmaz şəxslər" siyahısından çıxarılıb Polşa vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Qarabağ
30 May , 2019 11:58
Polşa vətəndaşının adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Report

Polşa vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib. 

Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib. Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi