Yalçın Rəfiyev: İnsan sağlamlığı və iqlim dəyişiklikləri bir-biri ilə əlaqəlidir

Yalçın Rəfiyev: İnsan sağlamlığı və iqlim dəyişiklikləri bir-biri ilə əlaqəlidir İqlim dəyişikliyi insanların sağlamlığına birbaşa təsir göstərir, onlar bir-biri ilə birbaşa əlaqəlidirlər.
COP29
18 Noyabr , 2024 14:49
Yalçın Rəfiyev: İnsan sağlamlığı və iqlim dəyişiklikləri bir-biri ilə əlaqəlidir

İqlim dəyişikliyi insanların sağlamlığına birbaşa təsir göstərir, onlar bir-biri ilə birbaşa əlaqəlidirlər.

“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29 çərçivəsində səhiyyə məsələləri üzrə yüksək səviyyəli nazirlər görüşündə bildirib.

Onun sözlərinə görə, sağlamlıq həyatın, insan inkişafının, iqtisadi rifahın təməl daşıdır. Sağlamlıq, iqlim problemlərinin həllində səylərimizin mərkəzi elementi olaraq qalmalıdır.

Y.Rəfiyev qeyd edib ki, Bakıda imzalanan iqlim və sağlamlıq üzrə niyyət müqavilələri sağlamlığın iqlim fəaliyyətlərinə inteqrasiyasının strateji baxışını təmsil edir: "Bunlar iqlimə davamlı, aşağı karbonlu səhiyyə sistemləri və müəssisələrinin yaradılması, həmçinin risklərin azaldılması üçün inteqrasiya edilmiş iqlim monitorinqi və erkən xəbərdarlıq sistemlərinin yaradılması kimi iddialı hədəfləri vurğulayır".

Xəbər yenilənir

Son xəbərlər

Orphus sistemi