Yalçın Rəfiyev Brüsseldə keçirilən konfransda iqlim dəyişikliyi məsələlərini müzakirə edib
Yalçın Rəfiyev Brüsseldə keçirilən konfransda iqlim dəyişikliyi məsələlərini müzakirə edibAzərbaycanın Avropa İttifaqındakı Nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Avropa İttifaqındakı (Aİ) Nümayəndəliyi birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusun
Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı Nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Aİ-dəki Nümayəndəliyi birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.
"Report" xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ilə Aİ və BMT sistemindəki tərəfdaşların iştirakı ilə müzakirələr keçirilib.
Qeyd edək ki, 200-dən çox maraqlı tərəfin və ekspertin iştirak etdiyi tədbir iqlim dəyişikliyi ilə bağlı təcili problemləri həll etmək və davamlı gələcəyə yol açmaq məqsədi daşıyır.
With @AZMissionEU jointly organized a conference on “Empowering climate action through ambition, implementation and inclusivity”. Full house at the discussion we are hosting with participation of @COP29_az Lead Negotiator @YalchinRafiyev and partners from #EU and #UN system. pic.twitter.com/7PvgbeI7h1