Yalçın Rəfiyev BMT rəsmisi ilə iqlim fəaliyyəti üzrə tərəfdaşlığı müzakirə edib
- 29 iyul, 2024
- 08:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Yalçın Rəfiyev Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi ilə iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı müzakirə edib.
"Report" xəbər verir ki, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev və BMT-nin İnkişaf Koordinasiya İdarəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son (Gwi-Yeop Son) ilə görüşüb.
Bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, tərəflər COP29-da Azərbaycanın liderliyini əsas götürərək iqlim fəaliyyəti ambisiyalarını yüksəltmək üçün davamlı tərəfdaşlığı yenidən təsdiqləyiblər.
COP29 Lead Negotiator @Yalchin Rafiyev and UN Development Coordination Office Regional Director for Europe and Central Asia, @gwi_son reaffirmed continued partnership to raise ambition of climate action, building on Azerbaijan’s leadership in #COP29. pic.twitter.com/wGpYtKsIpK
— COP29 AZ (@COP29_AZ) July 29, 2024