Turizmin iqlim məqsədlərinə uyğun inkişafı üçün qlobal tərəfdaşlıq platforması yaradılacaq

Turizmin iqlim məqsədlərinə uyğun inkişafı üçün qlobal tərəfdaşlıq platforması yaradılacaq COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb.
COP29
20 Noyabr , 2024 11:46
Turizmin iqlim məqsədlərinə uyğun inkişafı üçün qlobal tərəfdaşlıq platforması yaradılacaq

COP29 konfransı çərçivəsində Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb.

"Report" xəbər verir ki, sənədi DTA-nın sədri Fuad Nağıyev və BMT Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili imzalayıb.

Sənəddə, "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti Təşəbbüsü"nün uğurla həyata keçirilməsi məqsədilə BMT Turizm Təşkilatı ilə əməkdaşlıq və birgə fəaliyyət göstərmək niyyəti ifadə edilib.

"Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü" zamanı elan edilmiş bu təşəbbüs çərçivəsində turizmin milli iqlim siyasətinə daha yaxşı inteqrasiyası və sektorun iqlim məqsədlərinə uyğun şəkildə inkişafı üçün qlobal əlaqələndirmə mexanizmi və tərəfdaşlıq platformasının yaradılması nəzərdə tutulur.

Bu niyyət sazişi, qeyd olunan əlaqələndirmə və tərəfdaşlıq platformasının yaradılması üçün əlverişli şərait formalaşdırmağı, həmçinin başlanmış təşəbbüsün növbəti dövrlərdə də davam etdirilməsini təmin etməyi və turizm sektorunun az karbonlu və dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.

Son xəbərlər

Orphus sistemi