SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb

SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişini imzalayıb.
COP29
16 Noyabr , 2024 14:33
SOCAR Yaponiya Bankı ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) ilə Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişini imzalayıb.

"Report" xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, sazişi SOCAR prezidenti Rövşən Nəcəf və JBIC-nin rəhbəri Nobumitsu Hayaşi imzalayıblar.

“N. Hayaşi ilə keçirilən görüşdə müzakirələr SOCAR və JBIC arasında tərəfdaşlığın gücləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və enerji sektorunda dayanıqlılıq, dekarbonizasiya və innovasiya sahəsində təşəbbüslərin irəli aparılmasına yönəlib. Görüşün mühüm nəticəsi olaraq, ekoloji cəhətdən məsuliyyətli enerji həllərinə dəstək vermək öhdəliyimizi vurğulayan Yaşıl Maliyyələşdirmə üzrə Niyyət Sazişi imzalanıb”, - deyə R.Nəcəf qeyd edib.

Son xəbərlər

Orphus sistemi