Rumıniyanın keçmiş Baş naziri: Xəzərdə suyun səviyyəsi iki metr aşağı düşüb

Rumıniyanın keçmiş Baş naziri: Xəzərdə suyun səviyyəsi iki metr aşağı düşüb Xəzər dənizində suyun səviyyəsinin azalması son illərdə narahatlıq doğurur və COP29 iqlim konfransı bu məsələyə diqqəti cəlb etməyə kömək edəcək.
COP29
20 İyun , 2024 11:05
Rumıniyanın keçmiş Baş naziri: Xəzərdə suyun səviyyəsi iki metr aşağı düşüb

Son illərdə Xəzər dənizində suyun səviyyəsinin azalması narahatlıq doğurur və COP29 iqlim konfransı bu məsələyə diqqəti cəlb etməyə kömək edəcək.

“Report” xəbər verir ki, bunu Rumıniyanın keçmiş Baş naziri Petre Roman Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

“Son illər Xəzər dənizinin dayazlaşması ciddi narahatlıq doğurur. Müxtəlif fikirlər səsləndirilir. Hesab edirəm ki, bu problemin həlli və tənzimləmə yolları tapmaq lazımdır”, - o vurğulayıb.

Onun sözlərinə görə, hazırda Xəzərdə suyun səviyyəsi təxminən iki metr aşağı düşüb:

“Hazırda dünyada su hövzələri quruyur. Xəzər dənizi də bu sıradadır. Bunun bir sıra səbəbləri var. Birincisi, bu, Xəzər dənizinə axan çayların axınının azalmasıdır. İkincisi, bu, qlobal istiləşmənin nəticələri ilə bağlıdır. Qapalı hövzələrdə suyun səviyyəsində həmişə nəzərəçarpacaq artım və ya azalma olur. Dünyada elə göllər var ki, orada vəziyyət daha ağırdır. Məhz Volqa çayı Xəzərdə suyun səviyyəsinin kəskin azalmasının qarşısını alır. Lakin son illər Volqada da suyun səviyyəsi aşağı düşür. Düşünürəm ki, COP29 bu mövzuya daha çox diqqəti cəlb etməyə və həll yolu tapmağa kömək edəcək”.

Son xəbərlər

Orphus sistemi