Professor: “İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir”

Professor: “İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir” İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir.
COP29
3 Oktyabr , 2024 11:56
Professor: “İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir”
Anna Korre

İqlim dəyişikliyi ilə mübarizədə metan emissiyalarının azaldılması vacibdir.

"Report" xəbər verir ki, bunu London İmperial Kollecinin professoru Anna Korre "Bakı İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində keçirilən "Metanla mübarizədə irəliləyiş: Qlobal miqyasda metanın azaldılmasının irəlilədilməsi" adlı panel sessiyasında deyib.

"Metan qlobal istiləşmənin təxminən 30 %-nə cavabdehdir. Bu qazın emissiyalarının sürətli və davamlı azaldılması qısamüddətli temperatur artımının qarşısını almaq və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün vacib vasitə ola bilər", - A. Korre bildirib.

Onun sözlərinə görə, metan hava çirklənməsinə əhəmiyyətli dərəcədə təsir göstərir, buna görə də onun azaldılması dünya ictimaiyyəti üçün prioritet məsələ olmalıdır.

Qeyd edək ki, sentyabrın 30-da başlayan "Bakı İqlim Fəaliyyəti Həftəsi" oktyabrın 4-dək davam edəcək. Tədbirdə dünyanın hər yerindən təxminən 700 ekspert, siyasətçi, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir və adaptiv iqlim həllərini və onların tətbiqinin sürətləndirilməsi yollarını müzakirə edirlər. Tədbir bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransına (COP29) hazırlıq yolunda mühüm addımdır və qlobal iqlim gündəmi üçün əhəmiyyətli hadisə kimi tarixə düşəcək.

Son xəbərlər

Orphus sistemi