Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir"

Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir" Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) planetimizin gələcəyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edən qlobal tədbirdir.
COP29
17 Oktyabr , 2024 10:53
Peter Mixalko: COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir
Peter Mixalko

Bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) planetimizin gələcəyi və rifahı üçün mühüm əhəmiyyət kəsb edən qlobal tədbirdir.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda "Central Baltic&Azerbaijan Business Forum"da bildirib.

Onun sözlərinə görə, COP29 zamanı dünyanın diqqəti Bakıda olacaq: "İki həftə ərzində dünya liderləri burada bur araya gələcək. İqlim konvensiyasının iştirakçıları görüşə və beynəlxalq iqlim siyasəti ilə bağlı müzakirələr apara biləcəklər".

Diplomat qeyd edib ki, "yaşıl texnologiyalar"la bağlı müxtəlif qanunvericilik aktlarının hazırlanmasından tutmuş həll edilməli bir çox məsələlər var: "Biz Aİ olaraq Azərbaycanın bu sahədə üzərinə götürdüyü öhdəlikləri dəstəkləməyə, bu istiqamətdə ən yaxşı nəticələrə nail olmaq üçün təcrübələrimizi bölüşməyə hazırıq".

P.Mixalko əla edib ki, bərpa olunan enerji və enerji səmərəliliyi iqlim dəyişikliyi ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir: "Bunlar qazıntı yanacaqlarına, kömürə və təbii qaza olan tələbatı azaltmaq üçün imkan yaradır, istixana qazı emissiyalarının azaldılmasına böyük töhfə verir".

Son xəbərlər

Orphus sistemi