Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir

Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir Özbəkistan Azərbaycanın qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı səylərini alqışlayır.
COP29
3 Sentyabr , 2024 10:01
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir

Özbəkistan Azərbaycanın qarşıdan gələn BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı səylərini alqışlayır.

“Report” xəbər verir ki, bunu Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov “Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması” adlı yüksək səviyyəli dialoq zamanı deyib.

O qeyd edib ki, COP29 kimi mühüm qlobal tədbirin Bakıda keçirilməsi təkcə Azərbaycan və Cənubi Qafqaz regionu üçün deyil, həm də Mərkəzi Asiya üçün vacibdir: “Azərbaycanın sədrliyi çərçivəsində region ölkələri öz milli planlarını təqdim edə və qlobal iqlim dəyişikliyi ilə mübarizədə öz təşəbbüsləri barədə danışa biləcəklər”.

Son xəbərlər

Orphus sistemi