Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistandan olan sahibkarları COP29-da iştiraka dəvət edib.
“Report” xəbər verir ki, bunu nazir bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda çıxışı zamanı deyib.
“Məlum olduğu kimi noyabrda Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu böyük tədbirdə dövlət başçıları və işgüzar dairələrin nümayəndələri iştirak edəcəklər. Mən Özbəkistan şirkətlərini COP29-da iştiraka dəvət edirəm”, - o bildirib.
Nazir əlavə edib ki, Özbəkistanla tərəfdaşlıq çoxtərəfli xarakter daşıyır və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir:
“Pambıqçılıq və ipəkçilik kimi ənənəvi sahələrdə ciddi irəliləyişlər var. İmişli rayonunda birgə pambıq klasterinin yaradılması istiqamətində işlər davam etdirilir”.