İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib - YENİLƏNİB

İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib - YENİLƏNİB Naxçıvan Biznes Mərkəzində "COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri" mövzusunda konfrans təşkil olunub.
COP29
8 Avqust , 2024 18:25
İqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan növbəti konfrans Naxçıvanda keçirilib - YENİLƏNİB

İqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində Azərbaycanda həyata keçirilən ardıcıl tədbirlər və yerlərdə bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında təşkil olunan konfransda müzakirə olunub.

"Report"un yerli bürosu xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Naxçıvan Muxtar Respublikası Ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxış edib.

“İqlim dəyişikliyi ilə mübarizədə görülən tədbirlər və iqlim dəyişikliklərinin ətraf mühitə təsirləri, alternativ enerjidən istifadə" mövzusuna həsr edilən konfransda COP29 gündəliyindən irəli gələn məqsədlər və onların Muxtar Respublikada yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilib.

Konfrans beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin və yerli mütəxəssislərin iştirakı ilə panel sessiyalarla davam edib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Xalxal kəndi yaxınlığında 40 hektar sahədə tikilib istifadəyə verilmiş “Naxçıvan Günəş Elektrik Stansiyası”na baxış keçirib, yaşıl enerjiyə keçid istiqamətində görülmüş işlərlə tanış olub.

Qeyd edək ki, “Naxçıvan Günəş Elektrik Stansiyası” “Qaradağ Günəş Elektrik Stansiyası” istismara verilənə qədər Azərbaycanın ən böyük günəş elektrik stansiyası hesab edilib.

16:17

Naxçıvan Biznes Mərkəzində "COP 29, İqlim dəyişikliklərinin ətraf mühitin komponentlərinə təsirləri" mövzusunda konfrans təşkil olunub.

"Report"un yerli bürosu xəbər verir ki, konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev çıxışlar edəcək.

Konfrans çərçivəsində panel müzakirələr keçiriləcək.

Son xəbərlər

Orphus sistemi