Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edib
Muxtar Babayev Qazaxıstanın ekologiya naziri ilə Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizəni müzakirə edibCOP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.
COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qazaxıstanlı həmkarı Yerlan Nısanbayevlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Bakıda bu gün keçirilən Yüksək Səviyyəli Dialoqda COP29 sədrləri Qazaxıstan Respublikasının ekologiya və təbii sərvətlər naziri cənab Yerlan Nısanbayev ilə görüşüb və Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə istiqamətində göstərilən səyləri müzakirə ediblər", - məlumatda qeyd olunub.
At today’s High-Level Dialogue in Baku, the COP29 Presidency met with Mr. Yerlan Nyssanbayev, Minister of Ecology and Natural Resources of the Republic of Kazakhstan, and discussed ongoing #climateaction efforts in Central Asia. #COP29#COP29Azerbaijanpic.twitter.com/WwsDwxCji9