COP-un ev sahibi olaraq, şəffaf, fəaliyyət yönümlü, qonaqpərvər və inklüziv yanaşma nümayiş etdirəcəyik.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Almaniyanın Bonn şəhərində keçirilmiş Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanma mərasimində çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.
Onun sözlərinə görə, COP29-a ev sahibliyi etmək həm geniş imkanlar yaradan fürsət, həm də böyük məsuliyyətdir:
“COP29 Sədrliyi hazırlıq işlərinin gedişatı çərçivəsində xeyli irəliləyişə nail olub və bu konfransın beynəlxalq səviyyəli tədbir olmasını təmin etməyə hazırdır.
Biz bir çox qlobal tədbirə ev sahibliyi etmişik və bu təcrübəmizi, eləcə də keçmiş COP-lardan əldə etdiyimiz məlumatları bu hazırlıq prosesi çərçivəsində tətbiq edirik.
COP29-a ev sahibliyi etmək həm geniş imkanlar yaradan fürsət, həm də böyük məsuliyyətdir və biz bu tədbirə olduqca ciddi yanaşırıq. Ev sahibi olaraq, biz şəffaf, fəaliyyət yönümlü, qonaqpərvər və inklüziv yanaşma nümayiş etdirəcəyik”.