Muxtar Babayev: Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır

Muxtar Babayev: Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində (COP29) əsas vəzifəmiz bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır.
COP29
14 Noyabr , 2024 14:41
Muxtar Babayev: Əsas məqsədimiz COP29-da bütün tərəflər üçün naviqator rolunu oynamaqdır
Muxtar Babayev

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əsas vəzifə bütün tərəflər üçün lazımi şəraiti yaratmaq eləcə də bu məsələlərdə naviqator rolunu oynamaqdır.

“Report” xəbər verir ki, bunu COP29-un prezidenti Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hələ ki konfrans çərçivəsində alınan qərarlarda hansısa rəqəmlər haqqında danışmaq tezdir.

“Proseslər başlayıb, gərgin danışıqlar davam edir. Hələ ki, bütün tərəflər aktiv iştirak edir. Öz mövqelərini bir-birilərinə çatdırmağı bacarırlar. Böyük vəzifələrin icrası böyük əmək tələb edir. Bununla yanaşı təmkinli olmaqda da fayda var. İşlərin uğurla nəticələnməsi üçün əlimizdən gələni edirik” , - M.Babayev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi