Mübariz Qurbanlı: COP29-u siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır

Mübariz Qurbanlı: COP29-u siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır COP29 kimi önəmli tədbiri siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır.
COP29
21 Oktyabr , 2024 12:54
Mübariz Qurbanlı: COP29-u siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır
Mübariz Qurbanlı

COP29 kimi önəmli tədbiri siyasiləşdirmək dünyada aparılan iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə kölgə salmaqdır.

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı parlamentdə keçirilən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirədə deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı informasiya təhdidlərinin arxasında duran əsas məqsəd ölkənin inkişafını ləngitməkdir: “Bu məsələni Prezident İlham Əliyev də çıxışında vurğulayıb. Hazırda dünya problemlərinin ilk sırasında iqlim dəyişiklikləri məsələsi dayanır. Bəşəriyyətin ən böyük təhdidlərindən biri də məhz budur. Ona görə də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda hazırlanan təqdimat müxtəlif dillərdə hazırlanmalı, yayımlanmalıdır”.

Son xəbərlər

Orphus sistemi