İqlim səfiri: Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirməyə çağırır

İqlim səfiri: Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirməyə çağırır Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəliklərin təcili surətdə yerinə yetirilməsinə çağırır.
COP29
20 Noyabr , 2024 16:18
İqlim səfiri: Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəlikləri yerinə yetirməyə çağırır

Fransa dünya birliyini Paris Sazişi üzrə öhdəliklərin təcili sürətdə yerinə yetirilməsinə çağırır.

“Report” xəbər verir ki, bunu Fransanın iqlim səfiri Kevin Morqan Vilmes COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

Onun sözlərinə görə, Paris əvvəlki iqlim sammitlərində təklif olunan tədbirlərin həyata keçirilməsinin vacibliyinə diqqət yetirir. "Əsas vəzifələr arasında 2030-cu ilə qədər qalıq yanacaqdan tədricən imtina edilməsi, bərpa olunan enerji mənbələrinin payının üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə artırılması yer alır.

Fransanın Milli Proqramında 2027-ci ilə qədər kömürdən, 2045-ci ilə qədər neftdən və 2050-ci ilə qədər qazdan imtina edilməsi nəzərdə tutulur. Həmçinin nüvə enerjisinin payının artırılması da planlaşdırılır", - iqlim səfiri qeyd edib.

Son xəbərlər

Orphus sistemi