COP29 kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır.
"Report" xəbər verir ki, bunu Əl-Əzhər Şeyxinin müavini və xüsusi nümayəndəsi Məhəmməd Əl-Duveyni Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dini liderlər ətraf mühitlə bağlı anlayış və davranışların düzəldilməsində rol oynayacaq:
Dinlər və insanlar arasında əlaqə gücləndirilməlidir. İqlim dəyişikliyi koronavirus pandemiyasından heç də az əhəmiyyətli deyil. Ona görə də gücləri birləşdirərək addım atmalıyıq. COP27 Misirdə, COP28 isə BƏƏ-də keçirilib. COP29 özündən əvvəlkilərdə qəbul edilən və kağız üzərində qalan qərarların tətbiqinə nail olmalıdır".
Məhəmməd Əl-Duveyni bildirib ki, iqlim dəyişikliyi və onun fəsadların aradan qaldırılması üçün təhsil müəssisələrində elmi fəaliyyətin möhkəmləndirilməsi, tədqiqatların həyata keçirilməsi, bu istiqamətdə qanunların qəbulu vacibdir.