Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir

Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir İtaliya inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə həssaslığını nəzərə alaraq uyğunlaşma məsələlərində dəstəyini davam etdirəcək.
COP29
11 Oktyabr , 2024 12:27
Françesko Korvaro: İtaliya inkişaf etməkdə olan ölkələri iqlimə uyğunlaşma məsələlərində dəstəkləməyə sadiqdir

İtaliya inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinə həssaslığını nəzərə alaraq uyğunlaşma məsələlərində dəstəyini davam etdirəcək.

"Report" xəbər verir ki, bunu İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.

O qeyd edib ki, İtaliya “G7” tərəfdaşları ilə birlikdə uyğunlaşmanın sürətləndirilməsi aktını hazırlayıb.

“Bu təşəbbüsün əsas məqsədi ən həssas ölkələrdə uyğunlaşma tədbirlərinin həyata keçirilməsini sürətləndirməkdir. Biz cari çağırışlardan uyğunlaşma fəaliyyətinə mümkün qədər tez keçid etməliyik. Buna isə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək, investisiya planları hazırlamaq və planlaşdırmadan faktiki icraya keçmək yolu ilə nail olmaq olar”, - xüsusi nümayəndə bildirib.

Son xəbərlər

Orphus sistemi