Dünya Bankı: "COP29 risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcək"

Dünya Bankı: "COP29 risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcək" Riskləri hərtərəfli qiymətləndirmədən iqlim dəyişikliyi ilə effektiv mübarizə tədbirləri hazırlamaq mümkün deyil.
COP29
11 Oktyabr , 2024 17:52
Dünya Bankı: COP29 risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcək

Riskləri hərtərəfli qiymətləndirmədən iqlim dəyişikliyi ilə effektiv mübarizə tədbirləri hazırlamaq mümkün deyil.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiyada İnsan Potensialının İnkişafı Proqramının rəhbəri Ahmet Levent Yener Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel sessiyasında deyib.

O, COP29-un atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə üçün effektiv müzakirə meydanı rolunu öz üzərinə götürəcəyinə ümidvar olduğunu bildirib.

"BMT-nin üzvü olan dövlətlər iqlim dəyişikliyi risklərinin qiymətləndirilməsi üzrə mexanizmlərin hazırlanmasını mümkün qədər tez bir zamanda təmin etməlidir. Çünki, biz riskləri yetərincə qiymətləndirmədən iqlim dəyişikliyi ilə səmərəli mübarizə apara bilməyəcəyik. Hesab edirəm ki, Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi və ümumiyyətlə atmosferin çirkləndirilməsi üzrə risklərə qarşı mübarizə yollarının tapılması üçün əlverişli beynəlxalq platforma ola biləcək”, – proqramın rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi