COP29 sədrliyi ANG ilə danışıqlar aparıb
- 30 aprel, 2025
- 12:19
COP29 komandası Tanzaniyanın iqlim üzrə Afrika Danışıqlar Qrupuna (ANG) sədrliyi ilə bağlı dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
AGN-in strateji müşavirəsi COP29 sədrliyinin iştirakı ilə Zanzibarda keçirilib.
“COP29 sədrliyi qitənin xüsusi statusunu təsdiqləyib. İqlim birliyi üzrə Bakı paktını və Fəaliyyət Proqramı təşəbbüslərini COP30-a qədər real tərəqqiyə çevirməyi öhdəsinə götürüb”, - paylaşımda qeyd edilib.
At the AGN Strategy Meeting in Zanzibar, #COP29 Presidency welcomed Tanzania’s chairmanship, reaffirmed the continent’s special-circumstances status, and pledged to turn the Baku Climate Unity Pact & Action Agenda İnitiatives into real progress before #COP30. pic.twitter.com/viIDmH4Ebc
— COP29 Azerbaijan (@COP29_AZ) April 30, 2025