COP29-da üzvi tullantılardan metan emissiyasının azaldılmasına dair bəyannamə qəbul ediləcək

COP29-da üzvi tullantılardan metan emissiyasının azaldılmasına dair bəyannamə qəbul ediləcək Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində üzvi tullantılar sektorunda metan emissiyalarının azaldılması haqqında Bəyannamə qəbul ediləcək.
COP29
19 Noyabr , 2024 14:53
COP29-da üzvi tullantılardan metan emissiyasının azaldılmasına dair bəyannamə qəbul ediləcək

Bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində üzvi tullantılar sektorunda metan emissiyalarının azaldılması haqqında bəyannamə qəbul ediləcək.

“Report” xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib.

Onun sözlərinə görə, bəyannamə ölkələri gələcək Milli səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində qida tullantıları üzrə sektoral hədəflər hazırlamağa məcbur edir: "Metan emissiyalarının azaldılması strategiyalarının NCQG-yə daxil edilməsində ölkələrə dəstəyə görə Martina Otto, İqlim və Təmiz Hava Koalisiyası və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürümü bildirirəm. 30-dan çox ölkə bəyannaməni dəstəkləyib", - deyə o qeyd edib.

Baş danışıqçı bildirib ki, bəyannamə həm də daha geniş təsirlərin azaldılması üzrə tədbirlər paketinin bir hissəsidir: "Bura enerji saxlanması, şəbəkələr, “yaşıl enerji” zonaları və dəhlizləri, hidrogen enerjisi, rəqəmsallaşma, şəhərlər və turizm üzrə öhdəliklər və bəyannamələr daxildir".

Son xəbərlər

Orphus sistemi