COP29-da iqlim savadlılığı ilə bağlı müzakirələr aparılıb

COP29-da iqlim savadlılığı ilə bağlı müzakirələr aparılıb COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi “İqlim savadlılığı və ekoloji layihə idarəetməsi üçün kommunikasiyanın gücləndirilməsi: QHT və gənc ekofəallar üçün bilik və bac
COP29
13 Noyabr , 2024 09:50
COP29-da iqlim savadlılığı ilə bağlı müzakirələr aparılıb

“Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi COP29 çərçivəsində "Yaşıl Zona"da yerləşən Milli QHT Forumu pavilyonunda “İqlim savadlılığı və ekoloji layihə idarəetməsi üçün kommunikasiyanın gücləndirilməsi: QHT və gənc ekofəallar üçün bilik və bacarıqların artırılması” adlı yan tədbir təşkil edib.

"Report"un məlumatına görə, tədbirin məqsədi QHT nümayəndələrinin, o cümlədən gənc iqlim fəallarının təşəbbüskarlığını artırmaq olub.

Tədbir çərçivəsində “QHT-lər üçün iqlim savadlılığında kommunikasiya və media strategiyalarının təkmilləşdirilməsi”, “Ekoloji layihələrin idarə edilməsində trendlər və innovativ yanaşmalar”, “Ekoloji layihələr üzrə “beyin fırtınası” və ideyaların ərsəyə gəlməsi” mövzularında praktiki seminarlar təşkil edilib.

Mövzu ilə əlaqədar müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi