ABŞ Prezidentinin xüsusi müşaviri: İqlim konfransı ən yüksək səviyyədə keçirilir

ABŞ Prezidentinin xüsusi müşaviri: İqlim konfransı ən yüksək səviyyədə keçirilir COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi altında iqlim konfransı ən yüksək səviyyədə keçirilir.
COP29
11 Noyabr , 2024 17:45
ABŞ Prezidentinin xüsusi müşaviri: İqlim konfransı ən yüksək səviyyədə keçirilir
Con Podesta

COP29-un prezidenti Muxtar Babayevin rəhbərliyi altında iqlim konfransı ən yüksək səviyyədə keçirilir.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta COP29-un birinci günündə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, belə bir miqyasda tədbirə hazırlıq asan məsələ deyil, lakin ölkə hökuməti və təşkilatçılar böyük iş görüblər.

O qeyd edib ki, gələcəkdə özəl sektor ekoloji təmiz enerji texnologiyalarına investisiya qoyuluşunda liderlik etməlidir.

"COP iqlim konfransı nəinki nailiyyətlərimizi möhkəmləndirmək, həm də istixana qazı emissiyalarının azaldılması tempini sürətləndirmək üçün unikal fürsət təqdim edir. Və bəlkə də ən önəmlisi adaptasiya və iqlim maliyyələşdirilməsi məsələlərində qlobal əməkdaşlığı gücləndirməkdir. Biz işləmək üçün buradayıq (Bakıda) və COP29-un uğurla başa çatmasına can atırıq. Biz iqlim dəyişikliyi ilə mübarizəyə sadiq olan dövlətlərimizin və şəhərlərimizin, novatorlarımızın, şirkətlərimizin və vətəndaşlarımızın, xüsusilə də iqlim dəyişikliyinin mövcudluğa yaratdığı təhlükəni hamıdan yaxşı başa düşən gənclərimizin dəstəyinə əsaslanaraq real tərəqqiyə nail ola bilərik və olacağıq. Uğursuzluq və ya apatiya - sadəcə mümkün olmayan variantdır", - müşavir bildirib.

Son xəbərlər

Orphus sistemi