Braziliya rəsmisi: "Gələcək nəsillərə yaşamalı dünya qoymaq üçün həmrəylik vacibdir"

Braziliya rəsmisi: "Gələcək nəsillərə yaşamalı dünya qoymaq üçün həmrəylik vacibdir" Müasir dünyanın problemlərini həll etmək və gələcək nəsillərə yaşamalı bir dünya qoymaq üçün həmrəylik vacibdir.
COP29
20 Noyabr , 2024 11:14
Braziliya rəsmisi: Gələcək nəsillərə yaşamalı dünya qoymaq üçün həmrəylik vacibdir

Müasir dünyanın problemlərini həll etmək və gələcək nəsillərə yaşamalı bir dünya qoymaq üçün həmrəylik vacibdir.

"Report" xəbər verir ki, bunu Braziliyanın turizm naziri Selsu Sabina COP29 çərçivəsində təşkil olunmuş Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə deyib.

O, qeyd edib ki, qlobal problemlərin həlli üçün yeni sosial-iqtisadi yanaşmalar tələb olunur: "Ətraf mühitin qorunması və gənclərin bu prosesdə aktiv iştirakı əsas prioritetlərdən biridir".

Nazir həmçinin Braziliyada həyata keçirilən ətraf mühit təşəbbüslərinin nümunə kimi göstərildiyini vurğulayıb: "Dünyadakı hər bir fərdin ətraf mühitin qorunması və sosial məsuliyyət məsələlərində fəal rol oynaması vacibdir. Bu yanaşma xüsusilə gənc nəsillərə daha yaxşı gələcək təmin etmək üçün zəruridir”.

Son xəbərlər

Orphus sistemi