Belaruslu nazir: "Təbiəti qorumaq turizmin inkişafı üçün vacib şərtdir"

Belaruslu nazir: "Təbiəti qorumaq turizmin inkişafı üçün vacib şərtdir" Təbiəti qorumaq turizmin inkişafı üçün vacib şərtdir.
COP29
20 Noyabr , 2024 11:35
Belaruslu nazir: Təbiəti qorumaq turizmin inkişafı üçün vacib şərtdir

Təbiəti qorumaq turizmin inkişafı üçün vacib şərtdir.

"Report" xəbər verir ki, bunu Belarusun idman və turizm naziri Sergey Kovalçuk COP29 çərçivəsində keçirilən "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə deyib.

Onun sözlərinə görə, iqlim və ekologiya problemləri hazırda dünyanın üzləşdiyi ən aktual məsələlərdən biridir. O vurğulayıb ki, Belarusda ekoloji turizm dövlət səviyyəsində prioritet olaraq müəyyən edilib və bu, ölkənin təbiətə hörmətinin göstəricisidir.

Nazir qeyd edib ki, Belarus ekoloji problemlərin təsirini birbaşa hiss edən ölkələrdən biridir: "Çernobıl faciəsi bu təsirin ən açıq nümunəsidir. Təəssüf ki, bu mövzu indi daha bir aspektdə – müharibələr kontekstində də tez-tez gündəmə gəlir, çünki müharibələr də iqlimə mənfi təsir edən əsas amillərdən biridir".

S.Kovalçuk turizmin insan həyatının müxtəlif aspektlərini əks etdirdiyini qeyd edərək bildirib ki, Belarus müharibələrin ağır nəticələri ilə üzləşmiş bir ölkədir: "İkinci Dünya Müharibəsi zamanı hər üç belarusiyalıdan biri - ümumilikdə 2,5 milyon insan həyatını itirib. Buna görə də, ölkədə hərbi mövzulu turizmə xüsusi önəm verilir və gələcək nəsillər üçün tarixi yaddaşı qorumaq məqsədilə xüsusi marşrutlar hazırlanıb".

Son xəbərlər

Orphus sistemi