ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Donald Trampın iqtidara gəlməsindən öncə iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün sərəncamında qalan bütün vəsaitləri bölüşdürməyi planlaşdırır.
“Report”
“Hələ çox işimiz var və düşünürəm ki, hər şeyi həll etmək üçün 72 günümüz var”, – ABŞ təmsilçisi qeyd edib.
Onun sözlərinə görə, Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir. Bu qanun, digər məsələlərlə yanaşı, federal hakimiyyət orqanları tərəfindən ştatlara iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin ayrılmasını nəzərdə tutur.
Eyni zamanda, CNN nəql edib ki, bu pulların əsas hissəsi artıq xərclənib. Telekanalın hesablamalarına görə, Bayden administrasiyası əvvəllər İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində iqlim üçün bütün vəsaitlərin təxminən 103 milyard dollar və ya 92 %-ni artıq bölüşdürüb.