Fermerləri təşviqlər vasitəsilə karbon emissiyasını azaltmağa, kənd təsərrüfatına iqlim probleminin bir hissəsi kimi deyil, bu problemin həllinin bir hissəsi kimi baxmağa inandırmaq lazımdır.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xüsusi səfiri Antoni Agotho COP29 çərçivəsində təşkil edilmiş "Qlobal məqsədlərdən yerli fəaliyyətlərə: davamlı aqro-ərzaq sistemlərinin gücləndirilməsi üçün regional təşəbbüslər" adlı tədbirdə bildirib.
"Fermerlər təbii bir prosesi idarə edirlər. Yəqin ki, onlar masa ətrafında olan bizdən daha çox bilirlər, iqlim dəyişikliyi, kənd təsərrüfatı sektorunun xarici amillərdən aslılığı ilə bağlı geniş məlumata sahibdirlər. Bu baxımından texnologiya və innovasiyanın imkanlarından daha dayanıqlı aqro-ərzaq sistemlərinə keçidi və nəhayət, daha sağlam keçidi dəstəkləmək üçün istifadə edilməlidir. Biz fermerləri iqlim dəyişikliyini azaltmaq, daha əlverişli təcrübələri qəbul etmək və uyğun texnologiyalara sərmayə qoymaq səylərinə görə mükafatlandırmalıyıq. Davamlı dəstəyə ehtiyac var, çünki bu səylər onlar üçün baha başa gəlir. Fermerlərin gəlirləri azdır. Bununla belə, onlar hamımıza belə vacib bir xidmət göstərirlər", - deyə o qeyd edib.