ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini ADA tələbələri ilə görüşüb

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini ADA tələbələri ilə görüşüb ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.
COP29
24 Fevral , 2024 17:50
ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini ADA tələbələri ilə görüşüb

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniaz Bakıda ADA Universitetində tələbələrlə görüşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“İqlim üzrə xüsusi nümayəndənin müavini xanım Biniaz Bakıya səfər etdiyi zaman ADA universitetində tələbələrə beynəlxalq iqlim əməkdaşlığının tarixi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) məqsədləri və noyabrda Azərbaycanın bu tədbirin ev sahibi kimi oynayacağı mühüm roldan danışıb”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi